“Rusiya ermənilərin Qarabağa qayıtmasına şərait yaratmağa hazırdır” – Rusiya XİN

Rusiya Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır.

Yenicag.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a bildirib. Qaluzin Rusiyanın Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazır olduğunu bəyan edib.

O deyib ki, “Onlar regionu könüllü tərk ediblər. Bu baxımdan, bunu etmək istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi şəkildə təmin etməklə geri qayıtmaları üçün şərait yaratmaq vacibdir”.

Xuraman Etibarlı