Rusiya Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır

“Rusiya 2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalar çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır”.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Bu proses, o cümlədən saxlanılan bütün şəxslərin geri qaytarılması və mübadiləsi, mədəni-tarixi irs obyektlərinə ehtiyatlı münasibət, habelə itkin düşmüş vətəndaşların axtarışı üzrə ixtisaslaşmış qurumlar və ictimai təşkilatlar xətti ilə məlumat mübadiləsi kimi humanitar məsələlərin həllini nəzərdə tutur”, – deyə Zaxarova əlavə edib./Azertag/

COP29