Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiya-Ermənistan hərbi sazişi: “O sənədi çox da şişirtmək lazım deyil” – Azərbaycanlı polkovnik

Reklam: High Technic

Rusiya prezidenti Vladimir Putin ötən gün Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib.

Ratifikasiya olunmuş Rusiya-Ermənistan hərbi sazişini Yenicag.az-a şərh edən polkovnik Şair Ramaldanovun fikrincə, həmin sənəd mövcud vəziyyətə əhəmiyyyətli təsir göstərməyəcək:

“Əslində, burada söhbət hansısa yeni müqavilədən yox, əvvəldən imzalanmış sazişin müddətinin uzadılmasından gedir. O baxımdan, bu məsələyə hüquqi tərəfdən yanaşsaq, Rusiya-Ermənistan hərbi sazişi yalnız bu ölkələrin əməkdaşlığı çərçivəsində qiymətləndirilə bilər. Yəni həmin müqaviləyə əsasən, Rusiya Ermənistanın sərhədlərini və təhlükəsizliyini qorumağa kömək etməlidir. Buna görə də o sənədi çox şişirtmək lazım deyil.

Ancaq məsələyə real yanaşsaq, o zaman aydındır ki, Ermənistan öz ərazisində yerləşdirilmiş Rusiya hərbi kontingentinin potensialından istifadə edə bilər. Ermənistan hərbi qüvvələrinin böyük hissəsinin Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində yerləşdirildiyini nəzərə alsaq, düşmən ölkənin Rusiyanın qeyd olunan hərbi imkanlarından, təcrübəsindən, hətta mütəxəssislərindən yararlanmaq niyyəti başa düşüləndir.

Unutmayaq ki, Ermənistan Rusiya üçün vacib ölkədir və bu dövlətin əksər ciddi qərarları Moskva ilə məsləhətləşmədən qəbul edilmir. Ermənistan da Sərkisyan rejimi tərəfindən deyil, Moskvadan idarə olunur. Qarabağ münaqişəsinin açarının Rusiyada olması haqqında məşhur ifadə də boş yerə deyilməyib.

Ancaq Ermənistan onsuz da indiyə kimi Qarabağ münaqişəsində Rusiyadan hərtərəfli dəstək alıb, indi də alır. Yəni burada bizim üçün yenilik sayılacaq heç nə yoxdur. Ona görə deyirəm ki, həmin müqaviləni çox şişirtməyə ehtiyac yoxdur”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

435
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM