!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ermənistan ordusu: Nəyə diqqət etməliyik? - Ümit Özdağ şərh edir

!Reklam – Yazi

Türkiyəli millət vəkili, prof.dr. Ümit Özdağ Qafqaz və Yaxın Şərq regionunda baş verən hadisələri Yenicag.az-a şərh edib.

Deputat bildirib ki, “Rusiya və Ermənistan Silahlı Qüvvələrinin bir-birinə inteqrasiya olunması ilə bağlı hər hansı bir yazılı sənəd oxumamışam. Ancaq vəziyyət sizin dediyiniz kimidirsə, deməli, Türkiyə artıq Rusiya ilə qurudan qonşu olub. Bundan başqa, Azərbaycan da Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində Rusiya ordusunun varlığını açıq şəkildə hiss edəcək. Bu isə Türkiyə üçün ikinci bir sıxıntı qaynağıdır. Rus və erməni hərbi güclərinin rəsmi şəkildə birləşdirilməsi prosesi Qafqazdakı güc balansına tamamilə mənfi təsir edəcək”.

“İki ölkənin ordularının birləşdirilməsi qərarı ilə sentyabrın 25-də Şimali İraqda həyata keçiriləcək müstəqillik referendumunun necə əlaqəsi var” sualına isə Ümit Özdağ bu cavabı verib: “Ermənistan Şimali İraq bölgəsinə yaxınlaşma niyyətini asanlıqla həyata keçirə bilməz. Onun bu istəyinə ən böyük maneə İrandır. İran regionda güclü bir dövlətdir. Bundan əlavə, orada yaşayan çoxlu sayda türk buna mane olmağa qadirdir. Suriyanın şimalında baş verən hadisələr və orada yaradılacaq dəhliz Ermənistanın və Qərbin niyyətini asanlıqla yerinə yetirməsinə səbəb ola bilər. Bu məsələni hər zaman diqqət mərkəzində saxlamaq lazımdır”.

Yenicag.az

 

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv