Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.
Yenicag.az xəbər vverir ki, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
O qeyd edib ki, Ermənistan-Rusiya dostluq münasibətləri bir çox müqavilələrlə güclənib. Lakin o, lazım gələrsə, bəzi müqavilələrin müddəalarına yenidən baxılmasını da istisna etməyib.
2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb.