!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ermənistana pulsuz silah verəcək

!Reklam – Yazi

Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə silah tədarük etməyi planlaşdırır.

Bunu “Sputnik” agentliyinə açıqlamasında Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Rusiya Belarus, Qazaxıstan və Ermənistana müdafiə sənayesi məhsullarının tədarükünü davam etdirəcək: “Söhbət aviasiya texnikası, xüsusilə, hava hücumundan müdafiə sistemləri və BTR-lər, eləcə də helikopterlərdən gedir”.

Eyni zamanda KTMT-nin baş katibinin müavini Valeri Semerikovun sözlərinə görə, təşkilat yaxın illərdə çevik qüvvələrə pulsuz silahın verilməsini nəzərdə tutan planı həyata keçirə bilər.(azvision)

Yenicag.az

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv