“Rusiya Ermənistana silah tədarükünü Ukraynadakı müharibəyə görə təxirə salıb”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin deyib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistana silah vermədiyi barədə bəyanatlar üçün əsasları var.
“Əslində bu, o qədər də sadə məsələ deyil. Bəli, onlar bizdən silah alıblar. Lakin Ukraynada xüsusi əməliyyat keçirildiyi üçün onun çatdırılmasını gecikdiririk. Onlar da bundan istifadə edib başqalarına müraciət ediblər”, – Zatulin deyib.
Erməni mətbuatının yazdığına görə, Ermənistan Rusiyadan 400 milyon dollar dəyərində silah alıb, lakin onlar hələ də respublikaya çatdırılmayıb.
Xuraman Etibarlı