Rusiya: “Ermənistanda Aİ-nin mülki missiyası sabitləşməyə töhfə verməyəcək”

Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi Cənubi Qafqazda sabitləşməyə töhfə verməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefonla danışığı zamanı bildirib.

Tərəflər danışıq zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir./Report/