Reklam: High Technic
hightechnic

“Rusiya Ermənistanı dəstəkləyir və ona hər cür yardım göstərir” – İranın Bakıdakı keçmiş səfiri

Reklam: High Technic

İranın Azərbaycandakı keçmiş səfiri Ermənistanı dəstəkləyən Rusiyanın Qarabağ münaqişəsinin həllində mühüm rol oynadığını deyib.

Yeniçağ.Ru-ya açıqlama verən İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri zamanı həmkarı Həsən Ruhani ilə Qarabağ münaqişəsinin nizamlanmasına dair apardığı müzakirəni dəyərləndirib.

Keçmiş səfirin sözlərinə görə, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:
“Ermənistanın Rusiyanın dəstəyi ilə zəbt etdiyi Azərbaycan torpaqları İran tərəfindən işğal olunmuş ərazilər kimi qiymətləndirilir və bu mövqe dəfələrlə bildirilib. Bu münaqişə beynəlxalq hüquq normaları və BMT-nin dörd qətnaməsi çərçivəsində dinc yolla həll edilməlidir”.

Süleymaninin sözlərinə görə, İran bu məsələdə öz vasitəçiliyini irəli sürməyə və münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə hazırdır:
“Bu məsələdə Rusiya mühüm rol oynayır. Ancaq Rusiya Ermənistanı dəstəkləyir və ona hər cür yardım göstərir. Minsk qrupunun digər həmsədrlərinə gəldikdə isə onlar heç nə ilə məşğul olmurlar və öz fəaliyyətsizlikləri ilə Ermənistanı müdafiə edirlər”.

O, əlavə edib ki, Rusiya bu məsələdə daha qətiyyətli görünsə də Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqi Ermənistanı dəstəkləyir:
“Əsas olan odur ki, dövlətlər arasında kənardan – ilk növbədə Rusiyadan,- müdaxilə edilməyən danışıqlar baş tutsun”.

Yeniçağ.Az

www.yenicag.az

112