Rusiya Ermənistanı KTMT-yə ictimai hücumları dayandırmağa çağırdı

“Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ictimai hücumları dayandırmağa çağırır”.

Bu açıqlama ilə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin çıxış edib.

“Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Təəssüf ki, bizim erməni müttəfiqlərimiz hələlik həqiqətən də təşkilatdan məsafə saxlayırlar”, – deyə Rusiya XİN rəsmisi bildirib.
O, İrəvandakı həmkarlarını ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual problemləri müzakirə etməyə çağırıb.

Mənbə: RIA Novosti

COP29