!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya Ermənistanın bu xəyanətinə cavabsız qalmayacaq” – Bir heykəlin izi ilə

!Reklam – Yazi

1280px-Dro_graveMais Gülalıyev: “Deməli, Ermənistan faşistlərin fəaliyyətinə haqq qazandırır”

Xəzər Qara: “Bir rusiyalı olaraq hesab edirəm ki, dövlətim bu hörmətsizliyə sərt şəkildə cavab verməlidir”

Ermənistanda faşist Almaniyasının SS birləşmələrinin generalları olan erməni Njde Qareqin və Drasmat Kanayana (“Dro”) heykəl ucaldılıb, həmin şəxslər “milli qəhrəmanlar” kimi ölkə rəhbərliyi səviyyəsində təqdim ediliblər. Bu fakt bir daha onu göstərir ki, Ermənistan faşizm ideologiyasına xidmət edənlərin xatirəsini əbədiləşdirmək yolunu tutub.

Görəsən, Ermənistanda faşist ideologiyasına xidmət edənlərin xatirəsinin əbədiləşdirilməsi nədən qaynaqlanır?

maxresdefaultYenicag.az-a açıqlamasında politoloq Mais Gülalıyevin fikrincə, faşist Almaniyasına xidmət edənlərə abidə qoymaqla Ermənistan da faşizmə dəstək olduğunu ortaya qoymuş olur: “Ermənistanda faşist Almaniyasına xidmət edən şəxslərə abidə qoyulması təhlükəli haldır. Alman faşizmin cinayətlərini bütün dünya qəbul edib. Ona görə də bütün sahələrdə alman faşizminə xidmət edən  istənilən şəxsin dəstəklənməsi yolverilməzdir. Alman faşizmində antisemitizm güclü olub ki, milyonlarla yəhudi faşistlər tərəfindən qətlə yetirilib, onlara qarşı genosid törədilib. Dünya alman faşizminin xofundan bu günə qədər çıxa bilmir. Belə bir qeyri-insani, qeyri-humanist ideologiyaya xidmət edənlərə abidə qoyulması gələcək üçün çox təhlükəli tendensiyadır. Çünki  bu kimi adamların dəstəklənməsi o deməkdir ki, Ermənistanda onların fəaliyyətinə haqq qazandırırlar. Bu isə o anlama gəlir ki,  həmin fəaliyyət yenidən təkrar oluna bilər. Həmin fəaliyyət də Ermənistan tərəfindən Cənubi Qafqazda təkrar oluna bilər. Ermənistanda belə bir abidə qoyulursa, bu o deməkdir ki, cəmiyyət həmin şəxslərə bir növ bəraət qazandırır. Bəraət isə faşizmə xidmət edən o şəxslərə dəstək vermək deməkdir. Ermənistanın bu hərəkətinə son qoyulması üçün ona qarşı ciddi təzyiqlərin olması istiqamətində ciddi təbliğat aparılmalıdır.  Faşizmi dəstəkləmək insanlığa qarşı cinayətdir. Bunu etmək olmaz”.

12360140_1093826780650728_2440331405057695522_nErmənilərin bu addımına Rusiya necə baxır? Moskvada yaşayan soydaşımız, ictimai fəal Xəzər Qaranın sözlərinə görə, bu addım erməni xislətini ortaya qoymaqdadır:

“Erməni xalqı tarix boyu yalnız öz mənfəətini güdüb və onlar üçün dostluq, yoldaşlıq, namus, qeyrət məfhumu yoxdur. Tarix buna açıq sübutdur. Tarixi şəxsiyyətlərin ermənilər haqqında fikirləri bunu deməyə əsas verir ki, onlar öz hədəflərinə çatmaq üçün öz qadınlarını, qızlarını satmaqdan çəkinməyiblər. Bu gün Ermənistanda faşist generallara heykəl qoymaq rusların, azərbaycanlıların, qazaxların, ukraynalıların, belarusların, özbəklərin, gürcülərin digər sovet xalqlarının qətlə yetirilmiş insanlarının xatirəsinə hörmətsizlikdir. Belə bir addımı ancaq ermənilər ata bilərdilər. Rusiyanın Ermənistana verdiyi dəstəyin müqabilində ermənilərin atdıqları addımlar necə nankor olduğunu göstərir.  Bir rusiyalı olaraq hesab edirəm ki, dövlətim bu hörmətsizliyə sərt şəkildə cavab verməlidir. Ermənistan MDB çərçivəsində bütün proqramlardan uzaqlaşdırılmalıdır. Əgər belə bir addım atılmayacağı təqdirdə, Ermənistan tərbiyyəsiz addımlarına davam edəcəkdir. Hətta Almaniyada belə faşistlərin xatirələri əbədiləşdirilmədiyi halda ermənilərin bu addımı atması dövlət faşizmindən xəbər verir. Ancaq hesab edirəm ki, ermənilərin bu addımı Rusiya dövləti tərəfindən sərt qarşılanıb və bu məsələ ciddi müzakirə mövzusudur. Artıq bir neçə deputat Rusiyanın Xarici İşlər Nazirliyinə müraciət edib, öz narazılıqlarını bildiriblər. Onlar haqlı olaraq, bununla bağlı tədbirin görülməsini tələb edirlər”.

ELÇİN

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv