Rusiya Ermənistanla münasibətlərinə YENİDƏN BAXIR: Səfir GERİ GÖNDƏRİLİR
Ermənistanın Rusiyadakı səfiri geri çağırılır.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Görünən odur ki, Ermənistan-Rusiya münasibətlərinin yenidən qurulmasına ehtiyac var və bunu dərk edən tərəflər müəyyən addımlar atmaq qərarına gəliblər. Bunlardan birincisi səfirlərin dəyişdirilməsidir. Üstəlik, Rusiya tərəfinin Ermənistanın Rusiyadakı səfirindən o qədər narazılığı var ki, bu, prioritet məsələ kimi həll olunacaq.
Vaqarşak Arutyunyanın dəyişdirilməsi məsələsi uzun müddət müzakirə edilib, lakin səfirlərin namizədliyinin axtarışı ilə bağlı problem yaranıb. Bu, Nikol Paşinyanın etimadını qazanacaq və Rusiya hakimiyyəti tərəfindən məqbul sayılacaq namizəd olmalıdır.
Əldə etdiyimiz məlumata görə, bir sıra namizədlər müzakirə olunub. Erməni tərəfi isə deyəsən, parlamentin deputatı Qurgen Arsenyanın tərəfini tutub. Əldə etdiyimiz məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmuru Rusiya səfiri postuna namizəddir ki, bu da Rusiyanın Ermənistanla əməkdaşlığın vacibliyini anlamasından xəbər verir”, – media yazıb.
Məsimə