Rusiya etiraz etdi: Bu BMT qanunlarına ziddir

Rusiya Xarici Işlər Nazirliyi Israilin Şam bölgəsində həyata keçirdiyi hava hücumlarına etiraz bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XIN-i yazılı açıqlama verib.

“Israil helikopterləri Şam və Beyrut istiqamətində hərəkət edən sivil təyyarələri qalxan olaraq istifadə edərək növbəti dəfə hücumlar həyata keçirdi. Bu “1701” saylı qərar da daxil olmaqla Birləşmiş Millətlər Təşkilatının qərarlarını kobudca pozmaq deməkdir. Israilin Suriyada həyata keçirdiyi əməliyyatlar ciddi narahalıq doğurur” – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Suriyanın rəsmi xəbər agentliyi “SANA” dünən verdiyi açıqlamada Israil qüvvələrinin Şamın qərbində hava hücumları həyata keçirdiyini xəbər verib.

COP29