Rusiya Pensilvaniyada yaşayan FETÖ-nun başçısı Fətullah Güləni ABŞ-dan tələb edə bilər.
Yeniçağ.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinin görüşündən sonra Rusiyadan gələn 18 nəfərdən ibarət heyət Ankarada təhqiqata başlayıb. Birgə aparılacaq təhqiqat bu ilin aprel ayında qəbul edilmiş qanuna əsaslanacaq.
Qanuna əsasən, dindirmələri və istintaqı türk heyəti aparacaq və hər iki tərəf əlindəki məlumatları bir-birilə paylaşacaq. Ortaq komitə dəlillər əsasında kriminal hesabat hazırlayarkən, gündəmə maraqlı bir məqam gəlib. Belə ki, Rusiyanın FETÖ lideri Fətullah Gülənin Türkiyəyə qaytarılması ilə bağlı istəyi məlum olub.
Yüksək çinli məmurun verdiyi məlumata görə, səfirə qarşı törədilən sui-qəsddən sonra Rusiya ilə FETÖ məsələsində razılıq əldə edilib. O, beynəlxalq səviyyədə bir əməliyyatın keçiriləcəyini deyib:
“Beynəlxalq hüquqa görə səfir dövlətin ikinci şəxsi hesab olunur. Rusiya da bu hüquqdan istifadə edərək, Güləni ABŞ-dan tələb edə bilər”.
Yeniçağ.Az