Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya FHN Qarabağa xilasedicilər qrupu göndərdi

Reklam: Sinerji Pro

Rusiya Qarabağdakı humanitar missiyada iştirak edən qrupların sayını artırır.

Yenicag.az xəbər verir ki, bu barədə “TASS”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bölgəyə pirotexnika, kinoloq və psixoloqlar göndərilib.

“6 dekabrda Rusiya Fövqəladə Hallar Nazirliyinin bir İl-76 təyyarəsi əlavə xilasetmə qrupu ilə Moskvadan havaya qalxdı.

Səfərə çıxan qrup “Lider” mərkəzinin köpək təlimçiləri, pirotexniklər və minaaxtaranlar, siqnalçılar, Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri və psixoloqlardan ibarətdir”, – deyə Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib.

Təyyarədə həmçinin rusiyalı mütəxəssislərinin fəaliyyəti üçün lazımi avadanlıq və üç sərnişin avtobusu da var.

www.yenicag.az

321