Moskvanın Zamoskvoretski Məhkəməsi Fransa vətəndaşı Loran Vinatyeni Rusiyanın hərbi fəaliyyəti sahəsində xarici agent kimi məlumat toplamaq ittihamı ilə cinayət işi üzrə üç il müddətinə azadlıqdan məhrum edib.
Yenicag.az Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hakim Natalya Çeprasovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxarılan hökmlə Fransa vətəndaşı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Vinatye Rusiya qanunvericiliyinə uyğun olaraq xarici agentlərlə bağlı vəzifələrdən yayınmaqda təqsirli bilinib.
Hökm qüvvəyə minənədək Vinatye həbsdə qalacaq.
Hökm elan edildikdən sonra Fransa vətəndaşının vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.
Vinatye 2024-cü ilin iyun ayının əvvəlində saxlanılıb. O, Rusiyanın xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınmaqda ittiham olunub. Bu ittihama görə maksimum cəza 5 il həbsdir.
Məhkəmədə elan edilən ittiham aktından belə çıxır ki, fransız 2021-2022-ci illərdə Moskvada keçirilən üç görüş zamanı məlumat toplamaqda ittiham olunur.
Fransa vətəndaşının işinə o, təqsirini etiraf etdiyi üçün məhkəmə tərəfindən xüsusi qaydada, yəni sübutlar araşdırılmadan baxılıb.
Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa vətəndaşı Loran Vinatyenin işi üzrə çıxarılan hökmü şərh etməyib.
Nəsimi Ələsgərli
“Təəssüf ki, mən bu işin mahiyyətinin nədən ibarət olduğunu belə bilmirəm, məndə bu məlumat yoxdur, ona görə də cavab verə bilmərəm”, – Kreml sözçüsü jurnalistlərə deyib.