Rusiya FTX-yə məxsus helikopter qəzaya uğradı – VİDEO

Rusiyanın Çelyabinsk vilayətində “Mi-8” helikopteri qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya kütləvi informasiya vasitələri məlumat yayıb.

Helikopterin Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) məxsus olduğu bildirilir.

Qəza nəticəsində helikopterin göyərtəsindəki üç nəfər həlak olub.