!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya gəmisindəki yanğın tam söndürüldü

!Reklam – Yazi

yangin sonduruldu 23 aprelFövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Adminstrasiyasının və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin” QSC-nin birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2” tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına “SOS” siqnalı daxil olub, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Qeyd edək ki, tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas edilib, 1 nəfər – baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv