Rusiyanın Moskva şəhər məhkəməsi öncəki cərimələrin ödənişindən yayınmaya görə Amerikanın nüfuzlu “Google” korporasiyasını səkkiz milyard rubl (təxminən 132,296 AZN) məbləğində cərimə edib.
Yenicag.az bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.
““Google” MMC Rusiya Federasiyasının İnzibati Xətalar məcələləsinin 20.25 maddəsinin 1-ci hissəsində nəzərdə tutulan ( inzibati cəzanı yerinə yetirməkdən yayınma) inzibati xətanı törətməkdə təqsirli bilinib”,- məlumatda qeyd olunur.
Qeyd olunur ki, 2011-ci ildən bəri Rusiyada “Google”a qarşı qəbul olunmuş cərimələrin ümumi məbləği 2021-ci ildən bəri 34.5 milyard rublu üstələyir./Trend