Ermənistanla ABŞ arasında razılaşma, eləcə də ABŞ-nin yeni seçilmiş lideri Donald Trampın yeni əraziləri ilhaq etmək ambisiyaları onun Rusiyanın ən ciddi rəqibinə çevrilə biləcəyini göstərir.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev açıqlayıb.
O, Gümrüdəki Rusiya hərbi bazasının itirilməsi ilə bağlı xəbərdarlıq edib və Vaşinqtonun yeni siyasətindən ümidlərini kəsməyə çağırıb: “Tramp indi ABŞ-də hakimiyyətdədir, axsayan və yıxılan Bayden deyil. O, Amerikanı daha böyük etmək istəyən bir adamdır. Və bizə bu böyüklük qətiyyən lazım deyil. Onun Ermənistanın işlərinə qarışması mütləq bizim düşmənimizin ən ciddisi olacağına ilk işarədir”.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken müdafiə sahəsində də daxil olmaqla strateji tərəfdaşlıq xartiyası imzalayıblar. Nüvə sahəsində əməkdaşlığa dair danışıqlar da açıqlanıb. Sobolevin fikrincə, bu, Rusiyanın Zaqafqaziyadakı maraqlarına təhlükədir./unikal