Rusiya Gürcüstan Milli Legionunu terror təşkilatı kimi tanıdı

Rostov-na-Donuda yerləşən Cənub Dairə Hərbi Məhkəməsi Gürcüstan Milli Legionunun terror təşkilatı kimi tanınmasına qərar verib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, bu qərar FSB tərəfindən toplanmış sübutlar əsasında verilib. Məhkəmənin qərarı ilə əlaqədar olaraq, Rusiya Federasiyasının ərazisində Gürcüstan Milli Legionunun fəaliyyəti qadağan edilib, Rusiya xüsusi xidmət orqanları aydınlaşdırıblar.

FSB-nin məlumatına görə, Terror təşkilatı 2014-cü ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə yaradılıb. Eyni zamanda, bu legion hazırda milli əsasda toplanan ən böyük silahlı birləşmədir”.

Federal Təhlükəsizlik Xidməti əlavə edib ki, legionun üzvləri Ukrayna ordusunun tərəfində döyüş əməliyyatlarında iştirak edir və Rusiya Federasiyası ərazisində təxribat və terror aktlarının təşkilində, habelə Rusiya hərbçilərinə işgəncə verilməsində iştirak edirlər./unikal

COP29