Rusiya Gürcüstan önündə tələb irəli sürdü

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan hökümətindən bu ölkədə yaşayan Rusiya vətəndaşlarının və rusiyalı jurnalsitlərin təhülkəsizliyinin təmin etməsini tələb edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

“Biz Gürcüstan rəsmilərindən Gürcüstan ərazisindəki rusiyalı jurnalistlərin və Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etmələrini tələb edirik. Güman edirik ki, beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT  bu məsələyə reaksiya verəcək”, – deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Rusiya XİN davamlı olaraq Gürcüstanda baş verən hadisələri izləyir./APA/