Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində 4 100-dən çox yük maşını sərhədi keçmək üçün gözləyir.
Bununla bağlı Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün isə ümumilikdə 4 132 yük avtomobili gözləyir.
Hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir.
Mənbə: “Sputnik” Gürcüstan