“Rusiya artilleriya qurğuları bir neçə dəqiqə ərzində yeni hədəfləri tanımağa və zərbə endirməyə imkan verən qabaqcıl texnologiyaya malikdir”.
Yenicag.az xəbər verir ki, bunu Rusiyanın müdafiə sistemindən danışan ABŞ dəniz piyadası və hərbi ekspert Mark Kanziana deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlamazdan əvvəl yaradılan Rusiya müdafiə sistemi Kiyev üçün əsl tələyə çevrilib:
“Müdafiə xəttini yarmaq üçün Ukrayna ordusuna ən azı üç qat üstünlük lazımdır. Rusiya müdafiə sistemi o qədər güclü və ətraflı düşünülərək qurulub ki, Ukraynanın daha böyük say üstünlüyünə ehtiyacı var. Müdafiənin qurulmasında da əsas rol oynayan Rusiya artilleriya qurğuları bir neçə dəqiqə ərzində yeni hədəfləri tanımağa və zərbə endirməyə imkan verən qabaqcıl texnologiyaya malikdir. Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu Rusiyanın Kiyev üçün hazırladığı “tələ”dir”.
Nəsimi Ələsgərli