Rusiya helikopteri dənizə düşdü – İçində 8 nəfər

Rusiya helikopteri dənizə düşüb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Norveçdə, Barents dənizindəki Şpitsbergen arxipelaqında yerləşən Barentsburq yaşayış məntəqəsi yaxınlığında baş verib.

Məlumatı Norveç Xilasetmə Xidməti yayıb. Yayılan məlumatda qəza zamanı helikopterdə 8 nəfərin olduğu bildirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.