Rusiya hərbi gəmiləri Bakı limanına gələcək

trend_ship_russia_091012_01-300x225 (1)Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının hərbi gəmi dəstələri İran, Qazaxıstan və Azərbaycan limanlarına (Bakı) gələcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Xəzər donanmasının kontr-admiralı İqor Osipov deyib.

Rusiyanın Xəzər donanmasının hərbi gəmi dəstələri “Adeks-2016″ beynəlxalq hərbi-dəniz sərgisində iştirak etmək üçün hər üç ölkənin limanlarına yan alacaq.