Rusiya hərbi təyyarəsi Suriyada bazarı vurdu – Ölənlər var

Rusiyaya məxsus hərbi təyyarə Suriyada bazarı vurub, ölənlər var.

Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiya hərbi təyyarəsi Suriyanın Cisr əş-Şuqur rayonunun mərkəzində tərəvəz bazarını vurub.

Bildirilib ki, 9 mülkü şəxs həlak olub, 30 nəfər yaralanıb.