Rusiyaya məxsus hərbi təyyarə Ukrayna ilə sərhəd ərazidə qəzaya uğrayıb.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Su-25 hərbi təyyarəsi Ukrayna ilə sərhəddəki Belqorod vilayətində elektrik naqillərinə ilişərək yerə çırpılıb.
Rusiyanın Qərb hərbi dairəsindən bildirilib ki, qəza təlim-məşq uçuşu zamanı baş verib.
Pilot katapult etməyə imkan tapıb.