Rusiya İdlibi bombaladı – “Üçüncü zirvə”yə təsir edəcəkmi?

İdlibə yenidən hava zərbələri endirilib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, suriyalı müxaliflər hava hücumunun 2 Suriya və 3 Rus təyyarəsi tərəfindən edildiyini bildirib.

Rusiya və Suriya təyyarələri İdlibin Kefer, Zeytun, Harbit və Abdin bölgələrinə hava zərbələri endirib.

Tehranda Rusiya, Türkiyə və İran liderlərinin İdlib mövzusunu müzakirə etmək üçün toplandığı “Üçüncü zirvə”nin başlanmasına saatlar qalmış Rusiya döyüş təyyarələri İdlibin cənubunu atəşə tutub.

Ekspertlər bu olayın görüşdə müsbət nəticələr əldə edilməsinə maneə ola biləcəyini bildiriblər.

COP29