Rusiya ilə əlaqəsi olmayan ruslara bu qadağa edilməməlidir – İki ölkədən AB qərarına REAKSİYA

Fransa və Almaniya Avropa Birliyinin (AB) Rusiya ilə əlaqəsi olmayan ruslara viza verilməsini dayandırmamalı olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Praqada keçiriləcək AB xarici işlər nazirləri toplantısından əvvəl Fransa və Almaniyanın hazırladığı sənəddə AB-nin Rusiya hökuməti ilə əlaqəsi olmayan tələbə, rəssam, alim və ekspert kimi rus vətəndaşlarına viza verməyə davam etməli olduğu qeyd edilib.

Praqada keçirilən görüşdə qısamüddətli viza almaq istəyən Rusiya vətəndaşları üçün əlavə bürokratik prosedurları nəzərdə tutan barışıq planının qiymətləndiriləcəyi vurğulanıb.