“Bu, Tokayevin KTMT-ni ölkəyə dəvət edərkən zədələnmiş imicini bərpa etmək üçün atılmış addım da ola bilər”.
Bu fikirləri Rusiya ilə Qazaxıstan arasında son yaşanan gərginliyi şərh edən beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.
Teymur Qasımlı bildirib ki, Qazaxıstan Prezidenti Çinin gücünə arxalanaraq Rusiyanın istəklərini yerinə yetirməkdən boyun qaçırır:
XQasım Comərd Tokayev son zamanlarda maraqlı siyasi gedişlər edir. Yanvar hadisələrindən sonra Tokayev KTMT-nin ölkəyə dəvət edilməsilə bağlı tənqid olunurdu. Tənqid edənlərdən biri də şəxsən mən olmuşam. Rusiyanın Ukraynaya hərbi təcavüzündə Moskvanın yanında yer almaması da diqqət çəkən idi. Hətta Ukraynaya dəstəyini belə ifadə etdi.
Yanvar hadisələrindən sonra o, iki dəfə Moskvaya dəvət olunub. Rusiyanın ondan istəkləri olub, lakin Tokayev bu istəkləri yerinə yetirməyib.
Həmçinin burada Çin faktoru da. Onun rusyönümlü olması ilə bağlı fikirlər səsləndirilir, lakin unutmaq olmaz ki, o həm də uzun müddət Çində işləyib.
Bütün bunlar fonunda onu deyə bilərəm ki, Rusiya ilə Qazaxıstan arasında nüfuz müharibəsi başlayıb.
Tokayev, ilk növbədə, öz hakimiyyətini gücləndirmək, Nazarbayev klanını təmizləmək istəyir. Yanvar hadisələrindən sonra bunu böyük ölçüdə etdi də. Çinin siyasi dəstəyini də arxasına alaraq Rusiya qarşı belə gedişlər edir.
Bir şeyi da düşünmək olar. Bu, Tokayevin KTMT-ni ölkəyə dəvət edərkən zədələnmiş imicini bərpa etmək üçün atılmış addım da ola bilər”.