Rusiya ilə Qazaxıstan arasında 2023-cü ildə ticarət dövriyyəsi 27 milyard dollar olub.
Yenicag.az Kazinform-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı Qazaxıstan və Rusiya arasında 20-ci Regionlararası Əməkdaşlıq Forumunda çıxışında Qazaxıstan Prezidenti Qasım Cömərd Tokayev deyib.
O, Qazaxıstanın xarici ticarətinin təxminən 20 faizinin Rusiyanın payına düşdüyünü bildirib.
Tokayevin sözlərinə görə, Rusiyanın birbaşa investisiyalarının ümumi həcmi 25 milyard dollara yaxındır. Tokayev Qazaxıstanda Rusiya ilə müştərək 23 minə yaxın müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.