Rusiya ilə savaşan Ukraynaya qarşı ƏRAZİ İDDİALARI: “Yardımları və daxili resursları səfərbər etsələr…”

“Ukraynanın parlamenti, Nazirlər Kabineti və Prezident Administrasiyası baş verənlərə adekvat yanaşmır”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsi fonunda bəzi qonşu ölkələrin Ukraynaya qarşı ərazi iddiaları irəli sürmələrini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq iki ildir, Rusiyanın hərbi təcavüzünün davam etdiyi Ukraynanın ən böyük problemi daxildədir:

“Ukraynanın vəziyyəti çox ağır olsa da, deməzdim ki, bu ölkə tamamilə ortada qalıb. ABŞ və digər Qərb dövlətləri tərəfindən Ukraynaya yardımlar bu gün də davam edir. Lakin ölkənin daxilində çox ciddi problemlər var və onlar təcili surətdə həll olunmalıdır.

Ukrayna müdafiə nazirinin verdiyiaçıqlamlar daxildə bəzilərinin xoşuna gəlmir. Ona görə də, hər kəs “bulanıq suda balıq tutmaq” istəyir. Özümüzdən götürək. Əgər bir ölkə zəifləyirsə, ətrafındakı ölkələr ondan nəsə qoparmağa çalışır. Necə ki 1993-cü ilə qədər bütün qonşular gözlərini Azərbaycana dikərək vəziyyətdən yararlanmağa çalışırdılar. Ancaq 1994-cü ildən sonra vəziyyət sabitəşməyə başladı.

Bu baxımdan, ölkə daxilən güclü olmalır, öz resurslarına, xalqına güvənməli və tam səfərbər olmalıdır. Belə olmasa, təbii ki, qonşu ölkələrin torpaq iddiası gündəmə gələcək. Düşünmürəm ki, Qərb ölkələri Ukraynanın parçalanmasına imkan versin. Rusiyanın daxilində isə vəziyyət heç də yaxşı deyil. Putinin rəqibi çox yaxşı seçki kampaniyası aparır. Üzdə deməsələr də, müharibə əleyhinə əhval-ruhiyyə var. Hər şey Rusiyanın daxili durumjundan, beynəlxalq cameənin münasibədindən və Ukraynanın özündən aslıdır.

Bu gün pis-yaxşı Ukraynanın ordusu var. Ancaq Ukraynanın parlamenti, Nazirlər Kabineti və Prezident Administrasiyası baş verənlərə adekvat yanaşmır, müharibə dövrünə uyğun olan konkret tədbirlər həyata keçirə bilmirlər. Bütün bunlarla yanaşı, vəziyyət heç də ümidsiz deyil. Aldıqları yardımları və daxili resursları səfərbər edə bilsələr, heç olmasa, bu vəziyyətlərində atəşkəsə nail ola bilərlər”.

Səxavət Məmməd

COP29