Rusiya ilə yeni “SOYUQ SAVAŞ”: Avropa bu müharibəyə necə hazırlaşır? – “Politico”

“İndiki vəziyyətində Rusiya Ukraynada hərbi əməliyyatları illərlə davam etdirmək imkan və qabiliyyətinə malikdir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirlər Rusiya-Ukrayna müharibəsinin mümkün davam etmə müddətinə xüsusi material hazırlayan “Politico” nəşrinin məqaləsində əks olunub.

Məqalədə qeyd edilir ki, Avropanın əsas ölkələrinin liderləri Ukrayna müharibəsinin uzanmasından və bu çərçivədə Qərb koalisiyası daxilində yaranan ziddiyyətlərdən çox narahatdırlar.

Müəllifin yazdığına görə, ötənilki hərbi uğurlarla assosiasiya olunan Ukraynanın genişmiqyaslı əks-hücum kampaniyasına dair vədlərlə başlayan il nəticədə uzun cəbhə xəttinin hər metri uğurunda gedən qanlı döyüşlərlə “əlamətdardır”.

Materialda Finlandiyanın müdafiə naziri Antti Hakkkyanenin fikirlərinə də yer verilib. O, bu savaşda əsas yükün Ukraynanın üzərinə düşdüyünü deyib:

“İndiki vəziyyətində Rusiya Ukraynada hərbi əməliyyatları illərlə davam etdirmək imkan və qabiliyyətinə malikdir. Çoxları yanlışlıqla belə fikir səsləndirirlər ki, Qərb qalib gəlir. Yox, qalib gələn Ukraynadır. Biz artıq “soyuq müharibə” dövrünə qədəm qoyuruq”.

COP29