!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya imperiyasının dağılması ilə Krım və Qarabağ əsl sahiblərinə qayıdacaq” – Pavel Jebrivski

!Reklam – Yazi

“Qarabağdakı ermənilər və Krımdakı ruslar birmənalı olaraq, işğalçıları dəstəkləyirlər”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynanın üç çağırış sabiq millət vəkili, Jitomir Vilayətinin keçmiş administrasiya rəhbəri və Donbasın sabiq komendantı Pavel Jebrivski deyib.

Pavel Jebrivskinin sözlərinə görə, Rusiyanın işğalı altında olan Krımda və Azərbaycanın Dağlıq Qarabağ regionunda tamamilə eyni situasiyadır:

“Hələ Sovetlərin vaxtında çox çalışırdılar ki, Ukraynada elita formalaşmasın. Ukraynada kimsə bir balaca önə çıxdıqda, ya onu tez-tələsik Moskvaya aparırdılar, ya düşərgələrdə “zərərsizləşdirirdilər”.

Bəs elita nədir, hakimiyyət nədir? Bu, xalq, dövlət və gələcək nəsillər qarşısında böyük məsuliyyətdir. Elitanın formalaşması çox mürəkkəb prosesdir. Biz ukraynalılar hər zaman azadlığa can atan xalqıq. Ukraynada heç kəs Maydana “qarın davası” üçün getmir. İnsanlar Maydana aldadıldıqda, hüquqları pozulanda axışırlar.

Ukraynanın işğal altındakı ərazilərinin – Krım, Donetsk və Luqansk vilayətləri – geri qaytarılması zəruri və mürəkkəb məsələdir. Ümumiyyətlə isə Krımda və Azərbaycanın Dağlıq Qarabağ regionunda tamamilə eyni situasiyadır. Qarabağda xeyli erməni, Krımda isə xeyli rus yaşayır. Lakin onlar birmənalı olaraq, işğalçıları dəstəkləyirlər.

Ona görə də, yalnız Rusiya imperiyası məhv edildikdən sonra Krımın Ukraynaya, Qarabağın isə Azərbaycana qaytarılması mümkün olacaq. Sirr deyil ki, Ermənistan Qarabağı Rusiyanın əli ilə idarə edir. Krımda da tamamilə həmin vəziyyətdir. Ona görə də, Ukraynanın “Günəşinin doğması” ilə Rusiya imperiyası dağılacaq, Krım və Qarabağ o zaman öz gerçək sahiblərinə qayıdacaq”.

Yarina Lazko, Kiyev

www.yenicag.az

4219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv