Rusiya İngiltərədən Suriyanın qisasını almağa hazırlaşır – ŞOK İDDİA

İngiltərə xüsusi xidmət orqanları krallıq hökumətinə qarşı “Kreml hakerləri”nin mümkün hücumunu dəf etməyə hazırlaşır.

Yenicag.az bildirir ki, bu barədə İngiltərə təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən “The Sunday Times” məlumat yayıb.

Mənbənin yazdığına görə, bununla bağlı artıq hökumət başçısı Tereza Meyə məlumat verilib. Kəşfiyyatçılar Rusiyadan gözlədikləri bu hücumu Britaniyanın Suriyaya qarşı aqressiyasının cavabı kimi qiymətləndirirlər.

Öz növbəsində rəsmi London Rusiyanın bu çılğınlığına qarşı hazır olduğunu və mümkün olan tədbirlərin görüləcəyini bəyan edib.

Zaur H.

COP29