!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya iqtisadiyyatının pul kütləsi çatışmazlığı: "Sanksiyalarla bağlı təzyiqlər və təsirlər mövcud olsa da..." - ŞƏRH

!Reklam – Yazi

“Bloomberg” agentliyinin proqnozuna görə, Qərbin sanksiyalarının güclənməsi fonunda Rusiya iqtisadiyyatında son 30 ildə ən dərin eniş olacaq. Mənbələr qeyd edib ki, 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun 12 faiz azalacağı gözlənilir. Rusiya Maliyyə Nazirliyi isə bildirib ki, “Bloomberg”in 12 faizlik iqtisadi geriləmə proqnozu barədə yaydığı məlumat həqiqətə uyğun deyil. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da öz proqnozunda 2022-ci ildə Rusiya iqtisadiyyatının 10 faiz kiçilə biləcəyini qeyd edib.

Mövzu ilə bağlı Azərbaycan İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiyanın iqtisadi potensialını, hərbi və hərbi sənaye kompleksi ilə bağlı imkanlarını nəzərə alsaq, Moskvaya tətbiq olunan sanksiyalar həlledici təsirə səbəb olmayacaq:

“2022-ci ilin göstəricilərinə görə, hazırda rus rublu dünyanın ən möhkəm valyutası kimi dəyərləndirilir. Bununla yanaşı, Rusiyada idxalın əvəz olunması ilə bağlı kifayət qədər böyük imkanlar reallaşdırılmaqdadır. Sanksiyalarla bağlı təzyiqlər və təsirlər mövcud olsa da, həlledici effektə malik olmayacaq. Əslində, sanksiyalar Rusiya iqtisadiyyatı üçün çox böyük imkanlar açır. Belə ki, təqribən 100 milyard dollarlıq illik idxalın əvəz olunması üçün Rusiya iqtisadiyyatının potensialı fonunda idxaldan asılılığın aradan qaldırılması yerli sektorun inkişafına əlverişli şərait yaradır. Bu müsbət trendlərin reallaşması və dayanıqlı məzmun alması üçün Rusiyada son illər ərzində həyata keçirilən iqtisadi siyasət effektiv idarəetmə siyasəti və iqtisadi yanaşmalarla əvəzlənməlidir.

Rusiya iqtisadiyyatı kəskin şəkildə pul kütləsi çatışmazlığından əziyyət çəkir və bu hal aradan qaldırılmalıdır. Pul kütləsinin artımı vasitəsilə investisiyaların həcmi, xüsusilə innovativyönümlü sahələrdə ciddi şəkildə artırılmalıdır. Ölkədə daxili investisiya institutu dayanıqlı və effektiv şəkildə reallaşdırılmalıdır. Rusiyanın dünyanın ən zəngin resurs potensialına malik olmasına baxmayaraq, xammal ixracatı dünya ilə ixrac kanalları ilə bilavasitə əlaqəlidir. Bu, Rusiya üçün olduqca problemli və kökündən yanlış olan siyasətin göstəricisi kimi çıxış edir. Rusiyanın bank sektorunda, o cümlədən Mərkəzi Bankın siyasətində köklü dəyişikliklərə ehtiyac var. Əgər effektiv makroiqtisadi siyasət reallaşdırılarsa, Rusiyanın hazırkı sanksiyalar nəticəsində milli iqtisadiyyatının rəqabət qabiliyyətliliyi arta bilər. Bu isə bütövlükdə bölgə üçün olduqca müsbət nəticələrə yol aça bilər. Çünki Rusiya iqtisadiyyatının güclənməsi qonşu dövlətlərdə də effektiv təsirlərə malik olacaq. Rusiyanın xarici ticarət balansındakı müsbət saldo ilin sonuna doğru daha çox arta bilər”.

Gülşən Şərif

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv