!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-İran raket SÖVDƏLƏŞMƏSİ: Hər iki qanadında radikal qüvvələr olan fars rejiminin tələbi və qərarı nə olacaq?

!Reklam – Yazi

“S-400″ məsələsinin ortaya çıxması Rusiyanın da İrandan hansısa raketlər almasına gətirib çıxara bilər”.

Bu sözləri İranın Rusiyadan S-400 zenit-raket kompleksi sistemlərini əldə etmək istəyi və İsrailin Baş naziri Benyamin Netanyahunun “hakimiyyətim dövründə İranın nüvə silahları əldə etməsinin qarşısını almaq üçün hər şey edəcəyəm” deməsini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, tərəflərin siyasəti qorxulu müharibəyə gətirib çıxara bilər:

“İranın S-300 zenit-raket kompleksi sistemləri var. İran hava hücumundan müdafiəsini gücləndirmək üçün S-400 almaq istəyir.

Məsələni qəlizləşdirən Rusiya-Ukrayna müharibəsidir. Rusiyanın əli hər yerdən üzülüb. Çin də Rusiyaya silah vermək istəmir, əksinə, rəsmi Pekin sülh missiyasını öz üzərinə götürmək istəyir. Ona görə də Putin Çinə tez-tez emissar göndərir. Putinin göndərdiyi sonuncu emissarı da Belarus Prezidenti Lukaşenko idi. Putin Çindən silah-sursat əldə etmək istəyir.

Rusiyanın danışıqları təkcə Çinlə yox, həm də İranla gedir. İran Çin kimi tərəddüd etmədən Pilotsuz Uçan Aparatlarını (PUA) Rusiyaya verdi və gördük ki, həmin PUA-lar effketiv oldu. İran yaxın günlərdə uzaq mənzilli 1800 km məsafəni vura bilən raketləri sınaqdan keçirib. Rusiya bu raketləri də istəyirdi.  Gözləntilər də var idi ki, İran Rusiyaya raketlər də verəcək. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində bu baş vermədi.

Hər iki dövlət küncə sıxışdırılıb. Son məlumatlara görə, İran uranın zənginləşdirilməsi yönündə irəliləyiş əldə edib. Bundan sonra Rusiya ilə İran arasında əlaqələr daha da sıxlaşıb. Düşünürəm ki, S-400 məsələsinin ortaya çıxması Rusiyanın da İrandan hansısa raketlər almasına gətirib çıxara bilər. Rusiya ən azı buna ümid edir. Gizli razılaşmalar var. Bu da məsələlərin olduqca ciddiləşməsinə gətirib çıxarır.

İsrailin, Pakistanın, Türkiyənin hava qüvvələri olduqca güclüdür. İranın hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri isə çox zəifdir. İranın hərbi təyyarələrinin hamısı köhnədir. İsrailin, istərsə də ABŞ-nin gələcəkdə İrana ola biləcək hücumu zamanı S-400-lər onun karına gələ bilər. İranda olan S-300-lər artıq effektiv deyil. İran da bunun fərqindədir. İran bütün çabalarını bu istiqamətə yönləndirir. Bu isə qorxulu bir oyundur.

Əvvəllər İran rəhbərliyinin bir qanadında hansısa radikal qüvvələr mövcud idi. Digər qanadında isə yumşaq, diplomatik danışıqların tərəfdarları var idi. Ancaq hazırda İran rəhbərliyinin hər iki qanadında radikal qüvvələr mövcuddur. Artıq onları saxlaya biləcək daxildə hər hansısa qüvvə görünmür. Bu isə gələcəkdə arzuolunmaz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Əgər diplomatik həll mövcud deyilsə, onun alternativi hərbdir”.

Səxavət Məmməd

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv