Rusiya-İran şovinizminin yeni Türkiyə HƏMLƏSİ: “Qələbəmizdən son dərəcə narahatdırlar…” – Partiya sədri

“Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərin görünən və görünməyən hər məqamında Türkiyə var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr bəyanatından son sonra ölkəmizdəki müəyyən dairələrin Türkiyə əleyhinə fəallaşmasına münasibət bildirən Turan Partiyasının sədri Cahandar Bayoğlu deyib.

Partiya sədrinin sözlərinə görə, heç bir qüvvə Azərbaycan xalqının Türkiyəyə yönəlik etimadını sarsıda bilməz:

“Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusuna, rus şovinziminə, İran və Fransaya qalib gəldi. Bu, bir gerçəkdir. Zəfərin əldə edilməsində Azərbaycanla daim birlik nümayiş etdirən və dəstəyini əsirgəməyən Türkiyənin müstəsna rolu oldu oldu.

Döyüş meydanın qazanılmış zəfərin diplomatik müstəviyə daşınmasında Türkiyənin, onun prezidenti Rəcəb Tayyib Ərdoğnın misilsiz xidmətləri var. Bunu heç kəs dana bilməz. Hələ görüləcək işlər qabaqdadır.

Bu zəfərimizin görünən və görünməyən hər məqamında Türkiyə var. Bildiyiniz kimi, Türkiyə qoşunlarının Azərbaycana göndərilməsini nəzərdə tutan qanun artıq Böyük Millət Məclisinin müzakirəsindədir. Bununla da Türkiyə Rusiya sülhməramlıları ilə eyni hüquqda Qarabağda yerləşəcək.

Lakin bir sıra daxili və xarici dairələr Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən son dərəcə narahat oldular. Onların sırasında Rusiya və İran şovinist dairələrinin Azərbaycanda olan uzatıları xüsusi seçilirlər. Eyni zamanda, hazırda prosesdən kənarda qalan Amerika və Fransaya bağlı çevrələr də bu durumdan narahatlıqlarını büruzə verirlər.

Prezident İlham Əliyev onları “5-ci kolon” adlandırır. Bu gün “5-ci kolon” gerçək nahatlığını dilə gətirə bilmir. Onar bağlı olduqları şovinist dairələrin maraqlarını birbaşa təbliğ edə bilmədikləri üçün Türkiyəyə qarşı kampaniyaya başlayıblar.

Ancaq Azərbaycan xalqı əvvəlki kimi sadəlövh deyil. Xalq bu otuz ildə nəyin nə, kimin kim olduğunu gördü. O baxımdan, heç bir qüvvə Azərbaycan xalqının Türkiyəyə yönəlik etimadını sarsıda bilməz. Şübhə etmirik ki, iki qardaş ölkənin birgə səyləri nəticəsində Türk dünyasında inteqrasiya prosesi daha da güclənəcək”.

Aqil Bəkir

Loading...