!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya İrana S-400 komplekslərini satmaqdan imtina etdi

!Reklam – Yazi

Rusiya İrana S-400 zenit-raket komplekslərini satmaqdan imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Moskvada hesab edirlə ki, S-400 komplekslərinin İrana satışı Yaxın Şərq regionunda gərginliyin artmasına səbəb ola bilər.

Agentliyin məlumatında deyilir:

“Rusiyanın İranın sorğusuna reaksiyası Fars körfəzində həssas güc balansını əks etdirir. Burada İslam Respubliaksı və Birləşmiş Ştatlar arasında və onların ərəb müttəfiqləri arasında münaqişə baş verə bilər”.

Qeyd edək ki, bununla bağlı rəsmi açıqlama yoxdur.

www.yenicag.az

5088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv