!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya İrandan gələnlərin ölkəyə girişinə qadağa qoydu

!Reklam – Yazi

Rusiya hökuməti koronavirus riskinin yayılması ilə əlaqədar 7 mart, yerli vaxtla 00:00-dan ( Bakı vaxtı ilə 01:00) etibarən İrandan gələn xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı müvafiq fərman Rusiya Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Bildirilib ki, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin təlim və əmək fəaliyyəti ilə, habelə fərdi, turist və tranzit məqsədləri üçün İran İslam Respublikası ərazisindən Rusiya Federasiyasının dövlət sərhədindən keçməsi müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunub ki, məhdudlaşdırma Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin vətəndaşlarına, təyyarələrin ekipajlarına, rəsmi nümayəndə heyətlərinin üzvlərinə və Rusiya Federasiyasında yaşayış icazəsi alan şəxslərə şamil edilmir. Bundan əlavə, Federal Hava Nəqliyyatı Agentliyinə aviaşirkətlərə 24 saat ərzində İrandan sərnişin daşımalarına qoyulan qadağa barədə məlumat vermək tapşırılıb.

Həmçinin, Rusiya Daxili İşlər Nazirliyinə və onun ərazi orqanlarına İran İslam Respublikasının ərazisində olan və ya yaşayan şəxslərə, habelə xarici işçilər tərəfindən sənədlərin qəbulunu, Rusiya Federasiyasına daxil olmaq üçün dəvətnamələrin işlənib hazırlanmasını və verilməsini müvəqqəti olaraq dayandırmaq göstərişi verilib.

Rusiya Xarici İşlər Nazirliyinə, bu kateqoriyalı insanlara vizaların verilməsini dayandırmaq və bu qərar barədə İran İslam Respublikasına məlumat vermək tapşırılıb./Report/

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv