Rusiya İrandan ildə 5 mln. tonadək neft idxal etmək niyyətindədir

Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya “neftin əmtəə ilə mübadiləsi” sazişi çərçivəsində İrandan ildə 5 mln. tonadək neft idxal edə bilər.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, nazir məsələ ilə əlaqədar müzakirələrin davam etdirildiyini qeyd edib.

“Sutkada 100 min barrel, bu bir ildə təxminən 5 mln. ton edir”, – deyə nazir CERAWeek konfransında bildirib.

Nazir sazişlə əlaqədar razılaşdırılmanın tezliklə başa çatacağına ümid etdiyi bildirib.

Yeniçağ.Az

COP29