Rusiya İranı Xəzərdən vurdu

71(5)Rusiyanın Suriyadakı hədəfləri vurmaq üçün Xəzər dənizindəki savaş gəmisindən göndərdiyi raketlərin dördü İran ərazisinə düşdü. Yenicag.az xəbər verir ki, bu barədə xəbəri CNN yayıb.

Raketlərin İranda insan tələfatına yol açdığını bildirən mənbəni digər nüfuzlu xəbər agentlikləri də təsdiqlədi.

Qeyd edək ki, Xəzər donanmasının 4 gəmisi “İslam Dövləti” (İŞİD) terror təşkilatının 11 hədəfinə 26 ədəd “Kalibr” qanadlı raketi buraxıb.

Hədəflərə zərbələr endirən gəmilər arasında “Dağıstan” raket gəmisi də var.

Onun komandiri, əslən azərbaycanlı olan II dərəcəli kapitan Vüsal Miriyevdir.