Rusiya İrəvana daha 20 təyyarə sülhməramlı göndərdi

15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” və 18 “İl-76” tipli hərbi nəqliyyat təyyarəsi İrəvan hava limanına enib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik əlavə edib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq – zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki avadanlıqlar Ermənistana gətirilib.

Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.