Reklam

Reklam

gemi0Rusiyanın Xəzər donanmasının gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İŞİD-in Suriyadakı obyektlərini atəşə tutub.

Bunu Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

Onun sözlərinə görə, bütün hədəflər vurulub: “Təqribən 1500 kilometr məsafədən bütün nəzərdə tutulan hədəflərin vurulması müdafiə sənayesi müəssisələrinin yaxşı hazırlığından və şəxsi heyətin yaxşı təlim keçməsindən xəbər verir”.

V.Putin qeyd edib ki, belə növ münaqişələr siyasi məsələlərin həll edilməsi ilə başa çatmalıdır: “Rusiyanın Hava Kosmik Qüvvələri Suriya ordusunun quruda İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyəcək”.

Prezident əlavə edib ki, Suriyada əməliyyatların nəticələrinə yekun vurmaq tezdir, lakin artıq görülmüş işlər yüksək müsbət qiymətə layiqdir(trend).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 123
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."