Rusiya İŞİD obyektlərini bombaladı

Rusiya ərazisindən havaya qalxan “TU-22m3” tipli bombardmançı təyyarələr İŞİD terror qruplaşmasına məxsus obyektlərə zərbələr endiriblər.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, əməliyyat Suriyanın Deyr-ez-Zor əyalətində keçirilib.

Məlumata görə, hədəflərə endirilən dəqiq zərbələr nəticəsində İŞİD obyektlərinə ciddi ziyan dəyib.

Yeniçağ.Az