“Hizbullah”ın dünən Benjaminə endirdiyi zərbələr 2023-cü ildəki 7 oktyabr hücumundan sonra İran proksilərinin İsrailə qarşı həyata keçirtdiyi ən ciddi hücumdur. Bu hücumdan sonra İsrailin Hava Hücümundan Müdafiə (HHM) sistemlərində növbəti problemlər aşkar edildi. İran və onun proksi şəbəkəsi hər keçən gün İsrail HHM-dən yan keçmək üçün yeni yollar axtarır və burada müəyyən uğurlara nail ola biliblər.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, İran bu ilin aprelin 13-də İsrailə endirdiyi zərbələrdə məhz HHM-in yerini və onların zəif tərəflərini müəyyən etməyə çalışıb.
“Bu ay edilən hücumlarda məhz bu zəif tərəflərə təzyiq etməyə başladı. ABŞ-nin İsrailin yalnız HHM sisteminə təkcə 4 milyard yardım ayırması Yəhudi dövlətinin bu məsələyə ciddi diqqət etdiyini göstərir. Bu hücumda “Hizbullah” İsrail Baş Qərargahını hədəf alsa da, onu öldürməkdə uğurlu olmadı. Lakin digər hədəf olan Qolani tuqayında “Hizbullah” qarşı tərəfə müəyyən itkilər verdirə bilib”, məlumatda deyilir.
Kanal yazır ki, İran və proksi gücləri getdikcə İsrailin hərbi bazalarını hədəf alır.
“Dünənki hücumda Rusiyanın “Hizbullah”a kəşfiyyat dəstəyi verdiyi iddia edilir. Əgər bu doğrudursa, Rusiya niyə buna gedib, maraqlıdır. Çünki burada yeganə səbəb ABŞ deyil. Əslində. Rusiya Yəhudi dövlətinin təhlükəsizliyinə önəm verir. Yəni Rusiya üçün İranın qarşısında ABŞ olması daha məqbuldur və bu an Rusiya İrana daha aktiv dəstək vermək motivasiyası hiss edə bilərdi. İsraillə olan problemlərə baxmayaraq, Rusiya tərəfi İranı İsrailə qarşı tam dəstəkləmir. Üstəlik Rusiyanın Ukraynada müharibədən dolayı özünün dəstəyə ehtiyacı var”, – deyə kanal yazıb.
“Lakin İsrailin Suriyaya daxil olması vəziyyəti dəyişə və Rusiyanın reaksiya verməyə məcbur edə bilər. Çünki Suriyada status-kvonun dəyişməsi Türkiyənin də Suriyanın Şimalında əməliyyatlar keçirməsinə və Rusiyanın Yaxın Şərq siyasətinin çökməsinə səbəb ola bilər. Buna görə də Moskva “Hizbullah”a dəstək verməklə İsrailə mesaj verə bilər.
Digər tərəfdən, İsrailin Suriyanın bir şəhərinə daxil olmasından sonra “Hizbullah”ın bu cür reaksiyası həm də İranın Suriya istiqamətində zəiflik göstərməyəcəyini mesaj vermək ehtiyacını artırıb. Ötən il Livanın Aralıq dənizi sahillərində Qətərdən belə çox qaz ehtiyatları tapılması bir çox ölkəni İsrailə qarşı əl yüksəltməyə vadar edir. İddialara əsasən, bu qaz ehtiyatları Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynaya Rusiya və Qətərdən asılılığı azalda bilər”, – deyə məlumatda qeyd olunub.
Kanalın analitiklərinin fikrincə, Rusiyanın 2015-ci ildə Suriyaya müdaxiləsində ən önəmli amil Qətərin Suriyadan Avropaya qaz kəməri çəkməsi ideyası idi ki, Moskva Əsədi hakimiyyətdə saxlamaqla bunu önləyib.
“İndi isə “Tamar” və “Leviatan”dan sonra daha bir qaz yataqlarına sahiblik etmək İsrailin qaz ixracını kəskin artıra bilər. Bu isə Yaxın Şərqdə enerji oyunçuları olan Qətər və İranın maraqlarına ziddir.
Türkiyə də Şərqi Aralıqda bu ehtiyatlar uğrunda rəqabət aparır. Bu ehtiyatların 3 trilyon dollar təşkil etdiyi bildirilir. Beləliklə, İsrail Cənubi Livanı tutmaqla bu ehtiyatlara yiyələnmək istəyir. Digər tərəfdən isə İsrail Suriyada ABŞ-nin Əl-Tanf bazasına qədər olan hissələrini nəzarətə götürüb, onu İraq sərhədinə qədər genişləndirərək “Davud dəhlizi” yaratmaq istəyir, İran isə özünü şiə hilalı layihəsinə zərbə olmaması üçün bunu önləməyə çalışır.
Bir sözlə, İsrail və İran arasında rəqabət uzun perspektivdə ABŞ, Çin və Rusiya arasında enerji, nəqliyyat dəhlizlərinə görə böyük rəqabətin bir tərkib hissəsidir”, – deyə məlumatda bildirilib.
Rafi Müslümov