Rusiya Konstantinovkanı kaset bombalarından atəşə tutdu

Rusiya hərbçiləri Donetsk vilayətində Konstantinovka şəhərini kaset bombalarından atəşə tutub, ölən və yaralananlar var.

Yenicag.az xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

“Konstantinovkanın atəşə tutulması nəticəsində azı 7 mülki şəxs yaralanıb”, – məlumatda deyilir.

Kirilenko qeyd edib ki, yaralananlar arasında 4 uşaq olub, onlardan biri sonradan dünyasını dəyişib./Report/