!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya koronavirusa görə Çinlə sərhədi bağladı

!Reklam – Yazi

Rusiya Çinlə sərhədi bağlayıb.

Yenicag.az xəbər verir ki, qərar koronavirusun yayılmasının qarşısının alınması məqsədilə verilib. Rusiyanın baş naziri Mixail Mişustin bununla bağlı sərəncam imzalayıb.

“Bu gün sərəncam imzalanıb. Uzaq Şərq vilayətində sərhədlərin bağlanması ilə əlaqədar hökumətin görəcəyi tədbirlər və digər addımlar barədə məlumat verəcəyik”, – M.Mişustin qeyd edib.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 170 nəfərə çatıb, yoluxanların sayı isə 77 mini keçib. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv