Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiya Krım tatarlarına qarşı repressiyaları gücləndirir – Yeni həbslər

Rusiyanın ilhaq etdiyi Krımda güc strukturlarının yerli tatar əhalisi əleyhinə əməliyyatları genişləndirir.

Yenicag.ru-nun məlumatına görə, “Azadlıq” radiosunun rus dili xidməti xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Simferopolda guya Türkiyə vətəndaşına qarşı dələduzluq edən Krım-Tatar Məclisinin bir neçə üzvünü – Bekir Degermenci, Kazım Əhmədov, Asan Çapux və Vəcihə Qaşqa – həbs edib.

Məlumata görə, Məclis üzvləri şəhərin Vorovski küçəsində yerləşən “Medoborı” kafesində saxlanılıblar. Bu xəbəri Krım hakimiyyətinə yaxın olan “Kriminform” agentliyi də təsdiqləyib.

Qeyd olunur ki, Rusiya DİN-in işğal edilmiş Krımdakı İdarəsində saxlanılan şəxslərə qarşı dələduzluq ittihamı ilə cinayət işi açılıb.

Bundan başqa, tatar hüquq müdafiəçilərinin məlumatına görə, keçmiş siyasi məhbus Mustafa Degermencinin atası olan Bəkir Degermencinin Qruşevka kəndindəki evində də axtarış aparılıb.

“Krım – SOS” sosial şəbəkə agentliyinin xəbərinə əsasən, hazırda Xolodovka kəndində Kazım Əhmədovun, Yujnıda Elmira Baranova-Qazıyevanın, Simferopolda isə Qurseid Abdullayevin evində də axtarış aparılır.

www.yenicag.az

1029
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM